İran karatesi Braziliya olmpiya oyunlarında ikinci olub
İranın qadın və kişilərdən ibarət karate komandası iki qızıl, üç gümüş və beş bürünc medalla eşitmə qabliyyəti olmayan idmançıların Braziliyada keçirilən olmpiya oyunlarında ikinci olub.
SəhərAzəri-nin məlumatına əsasən, Eşitmə qabliyyəti olmayan idmançıların olimpiya oyunları mayın birindən on beşinədək Braziliyanın Kaşias-du-Sul şəhərində keçirilməkdədir.
«İranın səsi» adlı idman karvanı «Sükutda uğur» şüarı və 140 nəfərlə futbol, çimərlik voleybolu, cüdo, sərbəst güləş, yunan-roma güləşi, yüngül atletika, həmçinin kişilər və qadınlar üzrə atıcılıq, karate və taekvondo kimi idman növrlərində oyunlarda iştirak edir.
İranın eşitmə qabliyyəti olmayan karateçilərdən ibarət yığma komandasının başçısı Möhsün Aşuri İranın qadın və kişi karate komandalarının eşitmə qabliyyəti olmayan idmançıların 24-cü olimpiya oyunlarındakı fəaliyyət tərzi barədə belə deyib: Bu oyunlarda otuz ölkə qadın və kişilərin karate yarışlarında iştirak etmişdi ki, İran komandası ikinci yerdə durdu. Venesuela və Yaponiya komandaları müvafiq olaraq, üçüncü dördüncü oldular.