May 23, 2022 16:10 Asia/Baku
  •  Mehdi Taremi
    Mehdi Taremi

Portu futbol komandası iranlı hücumçunun vurduğu qollarla "Taça de Portugal" adlı 82-ci Portuqaliya Kubokunda çempionu oldu.

SəhərAzəri-nin məlumatına əsasən, Bu gün səhər saatlarında Portuqaliyanın Oeiras şəhərində baş tutan final matçında "Portu" komandası Tondela üzərində 3-1 hesabı ilə qələbə qazanıb.

İran millisinin hücumçusu Mehdi Taremi 84-cü dəqiqəyə kimi "Portu"nun heyətində oynayıb və 22 və 74-cü dəqiqələrdə komandasının birinci və üçüncü qollarını vurub.

1922-ci ildə əsası qoyulan Portuqaliya Kubokunun tarixində Benfika 29 çempionluq və 13 ikinciliklə rekord sahibidir. Portu klubu 22 çempionluq və 16 ikinciliklə ikinci yerdə, Sporting Lissabon isə 21 çempionluq və 18 ikinciliklə üçüncü yerdədir.

Teqlər