İyun 30, 2022 11:05 Asia/Baku
  • ürəy
    ürəy

Yeni araşdırmaya görə, Birləşmiş Ştatlar əhalisinin səksən faizi aşağı və ya orta səviyyəli ürək-damar sağlamlığına malikdir. Bu, o deməkdir ki, hər beş Amerika vətəndaşından yalnız birinin ürəyi tamamilə sağlamdır.

SəhərAzəri-nin məlumatına əsasən, Amerika Ürək Cəmiyyətinin "Yaşayışa lazım olan 8 amil" adlı yeni yoxlama siyahısından istifadə edən araşdırmaçılar siyahının seçimlərinə əsasən, ölkə əhalisinin yalnız 19,6 faizinin qənaətbəxş bal topladığı, başqa sözlə, yüksək ürək-damar sağlamlığı dərəcinə nail olduğunu aşkar ediblər.

Belə bir halda, 25 minə yaxın amerikalı uşaq və yuxarıyaşlı şəxs üzərində aparılmış araşdırmalar göstəribdir ki, onların 62,5 faizi "orta", 17,9 faizi isə "aşağı" ürək-damar sağlamlığına malikdir.

Yeni araşdırma həmçinin göstəribdir ki vətəndaşların 20% -dən az bir hissəsi yüksək ürək-damar sağlamlığı üçün tələb olunan standartlara malikdir.

 

Teqlər