Amerikanın ultrasəs raket sınağındakı növbəti uğursuzluğu
Amerikanın müdafiə nazirliyi- Pentaqon bu ölkənin Havay adalarında keçirdiyi ultrasəs raket sınağının uğursuz olduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ Müdafiə Nazirliyi baş vermiş hadisə barədə az detal təqdim edib və təkcə bildiribdir ki, bu sınaq zamanı bir problem baş veribdir.
Amerikanın 2021-ci ilin oktyabrında Alyaskanın Kodiak şəhərində keçirdiyi digər bir sınağı da uğursuzluqla üzləşmişdi.
Hər iki sınağın uğursuz qalmasına rəğmən, Pentaqon bildiribdir ki, hələ də 2020-ci onilliyin əvvəllərində səsdən iti hücum qabiliyyətlərinin inkişaf etdirilməsi yolunda durduğuna əmindir.
Birləşmiş Ştatlar səsdən sürətli silahların inkişaf etdirilməsi sahəsində Çin və Rusiya ilə rəqabət aparır. Bu ölkə müxtəlif proqramlar çərçivəsində uğurlu sınaqlar keçirib, lakin hələ ki, fəal modern sistemə malik deyildir.