Gündə cəmi 2 istəkan qara çay içmək ölüm riskini azaldır
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i392761-gündə_cəmi_2_istəkan_qara_çay_içmək_ölüm_riskini_azaldır
Britaniyada təxminən yarım milyon insanın çay içmə vərdişlərinin təhlilinə əsasən, gündəlik qara çay içmək hətta süd və ya şəkərlə qəbul edildikdə belə daha uzun ömrə səbəb olur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 03, 2022 06:22 Asia/Baku
  • Gündə cəmi 2 istəkan qara çay içmək ölüm riskini azaldır

Britaniyada təxminən yarım milyon insanın çay içmə vərdişlərinin təhlilinə əsasən, gündəlik qara çay içmək hətta süd və ya şəkərlə qəbul edildikdə belə daha uzun ömrə səbəb olur.

SəhərAzəri-nin məlumatına əsasən, "Medical News Today" və BMT-nin araşdırmaları göstərir ki, çay dünyada sudan sonra ən çox istehlak edilən içkidir. Britaniya və ABŞ-da bir çox növdən qara çay ən çox yayılmışdır.

ABŞ-ın Milli Xərçəng İnstitutunun araşdırmaları, südlü və ya südsüz gündə iki və ya daha çox stəkan qara çayın içilməsinin bütün səbəblərdən ölüm riskini 12 faizə qədər azalda biləcəyini müəyyən edib. Belə ki, gündə iki stəkandan çox çay içənlərin ürək-damar xəstəlikləri, ürəyin işemik xəstəliyi və insultdan ölüm riski daha az olub.