May 16, 2023 12:08 Asia/Baku
  • Barselona oyunçuları əsəbi azakerşlərin əlindən qaçıblar

Barselona-Espanyol görüşünün hakimi oyunsonrası qəribə hadisəyə göz yumub.

SəhərAzəri-nin məlumatına əsasən, Barselona futbol klubu dünən gecə La-Liqa yarışlarının otuz üçüncü həftəsinin görüşündə Espanyol-un qonağı olub və rəqibini dörd-iki hesabı ilə məğlub edib.

Xavi-nin yetirmələrinin La-Liqadakı birinciliyi bu oyundan sonra reallaşıb. Oyunçular oyundan sonra meydançanın ortasında dairə qurub, La-Liqa çempionluqlarını qeyd ediblər. Barselona-lıların şənliyindən sonra qəribə hadisə baş verib.

Komandaları aşağı dəstəyə süqutun əsas namizədi olan Espanyol-un qəzəbli pərəstişkarları təhlükəsizlik məmurlarından yan keçib, Barselona-nın oyunçularına hücum ediblər. Əsəbi azarkeşlərin hücumunu müşahidə edən Xavinin yetirmələri qaçmağa üz tutub və soyunub-geyinə otağına tərəf gediblər.

Kataloniyada çıxan “Sport” nəşri xəbər veribdir ki, Barselona-Espanyol oyunundan sonrakı xoşagəlməz hadisələr hakimin gözündən yayınıb! Oyunun hakimi görüşün sonu barədəki yekun reportajdan sonra yerli azarkeşlərin idmandan uzaq davranışları barədə heç bir fikir bildirməyibdir.

 

Teqlər