İranın qadınlardan ibarət kabaddi millisi Asiya oyunlarında üçüncü olub
Okt 06, 2023 16:31 Asia/Baku
Çin Taybeyi komandasına məğlub olan İranın qadınlardan ibarət kabaddi yığması Hançyou-da keçirilən Asiya oyunlarında üçüncü olub.
Bu gün yarımfinal mərhələsində keçirilən sözügedən oyun otuz beş-iyirmi dörd hesabı ilə rəqib komandanın xeyrinə qurtarıb.
Xatırladaq ki, İranın qadınlardan ibarət kabaddi millisi Cakartada keçirilən öncəki Asiya oyunlarının qalibi olmuşdu.