İranın "Persepolis" klubu Tacikistanın "İstiqlalı" klubunu 2 qolla məğlub edib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i404804-İranın_persepolis_klubu_tacikistanın_İstiqlalı_klubunu_2_qolla_məğlub_edib
İranın Prespolis Futbol Komandası Asiya Çempionlar Liqasının üçüncü həftəsində Tacikistanın "İstiqlal" klubunu 2 qolla məğlub etməyi bacarıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 25, 2023 11:22 Asia/Baku
  • İranın

İranın Prespolis Futbol Komandası Asiya Çempionlar Liqasının üçüncü həftəsində Tacikistanın "İstiqlal" klubunu 2 qolla məğlub etməyi bacarıb.

"İran Press"in məlumatına görə, Asiya Çempionlar Liqasının üçüncü həftəsində "Persepolis" bu yarışın E qrupunda Tacikistanın "İstiqlal" komandasını çərşənbə axşamı Azadi stadionunda qəbul edib.

Oyunun ilk dəqiqələrində Tacikistanın İstiqlal komandası VAR-ın köməyi ilə penalti qazanıb. Lakin Əlirza Beyranvənd onu gözəl şəkildə dəf edib.

Oyunun davamında Səid Sadiqi 44 və 72-ci dəqiqələrdə Persepolis üçün iki qol vurmağı bacarıb.

"Persepolis" bu qələbə ilə xalını 6-ya yüksəldib və qrupunda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan sonra ikinci pillədə qərarlaşıb.