Sen 25, 2024 17:42 Asia/Baku
  • İranlı gənclər Uşu üzrə dünya çempionatında uğur qazanıb

Uşu üzrə gənclər arasında dünya çempionatının ilk günündə İran komandası qızıl və gümüş medala sahib olub.

Bu gün Bruneydə gənclər arasında Uşu üzrə 9-cu dünya çempionatına rəsmi start verilib.

Mübarizənin ilk günündə “Nan Çuan Talo” Formasının sahibi Ramtin Siyahmoştei rəqiblərini ardıcıl məğlub edərək yarışmanın qızıl medalına  sahib olub.

Qeyd edək ki, bu, İran karvanının gənclər arasında dünya çempionatında qazandığı ilk qızıl medaldır.

Yarışdı Honq-Konq və Çin Taypeyi təmsilçiləri ikinci və üçüncü yerləri bölüşüblər.

İranın “Nan Çuan Talo” formasının qadın təmsilçisi Səna Pənahi rəqibləri ilə mübarizədə ikinci yeri qazanaraq yarışın gümüş medalına sahib olub.

 

Teqlər