İvrit dilində yayımlanan media:
“Naza” filminə Venesiyada göstərilən maraq aysberqin yalnız görünən hissəsidir
Sen 15, 2026 16:02 Asia/Baku
İvrit dilli media vasitəsi sionist rejim rəsmilərinə Venesiyada ifşaedici filmə göstərilən marağın daha dərin ölçülərinə diqqət yetirməyi tövsiyə edib.
Bu filmdə sionist hərbçilərin Qəzzə xalqına qarşı cinayət və aoyqırımı törətdiklərinə dair etiraflarından bəhs edilir. Saqiv Asulin sionist rejimin 14-cü kanalının saytında yayımlanan təhlilində etiraf edib ki, Venesiya Film Festivalında böyük maraqla qarşılanan film daha böyük bir hadisənin yalnız kənar təsiri və nəticəsidir. Onun sözlərinə görə, bu hadisədə İsrail rejimi dünya ictimai rəyini itirib və “səkkizinci cəbhə”də məğlub olub.