İranın yunan-roma güləşçiləri iki qızıl medal qazanıblar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i269624-İranın_yunan_roma_güləşçiləri_iki_qızıl_medal_qazanıblar
İranın yunan-roma güləş komandası Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarında iki qızıl medal qazanıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 18, 2017 05:52 Asia/Baku
  • İranın yunan-roma güləşçiləri iki qızıl medal qazanıblar

İranın yunan-roma güləş komandası Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarında iki qızıl medal qazanıbdır.

Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarında yunan-roma güləşi üzrə yarışların davamında İranın 80 kiloqram çəki dərəcəsində yarışan güləşçisi Azərbaycan R-dan olan rəqibini məğlub edərək, qızıl medal əldə edibdir.

Digər iranlı güləşçi isə 71 kiloqram çəki dərəcəsində keçirilən final görüşündə Qırğızıstan nümayəndəsinə qalib gələrək, yarışların qızıl medalını qazanıbdır.

Yüngül atletika üzrə para-İslamiada görüşlərində isə İranın iki təmsilçisi F-56 növündə disk tullama yarışlarında öz rəqibi ilə görüşübdür. İdmançılarımızdan biri qızıl, digəri isə gümüş medal əldə edibdir.

Taekvondo yarışlarında isə 68 kiloqram çəki dərəcəsində yarışan iranlı taekvondoçu final görüşündə Azərbaycan R-dan olan rəqibinə məğlub olaraq, gümüş medalla kifayətlənibdir.

127 kişi və 31 qadın idmançıdan ibarət olan İranın idman karvanı Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə yarışır.