İranlı cüdoçu Asiya yarışlarının gümüş medalını qazandı
May 28, 2017 04:26 Asia/Baku
-
İranlı cüdoçu Asiya yarışlarının gümüş medalını qazandı
-81 kq çəki dərəcəsində mübarizə aparan iranlı cüdoçu Səid Məlayi Özbəkistanda keçirilən Asiya çempionatında yaponilyalı rəqibi qarşısında məğlub olaraq, gümüş medal ilə kifayətlənməli olub.
Cümə günü Daşkənd şəhərində start götürən Asiya Cüdo Çempionatında 28 ölkədən gəlmiş 242 idmançı rəqabət aparır.
Səid Cəlali yarışların final mərhələsinə yüksəlmək üçün şənbə günü Qətər, Çin və Qırğızıstandan olan rəqibləri üzərində qələbə çalmağı bacarmışdı.
Lakin, Səid Məlayi final görüşündə yaponiyalı rəqibi Sutaro Fucivara qarşısında məğlub olaraq, yarışlardan gümüş medal ilə ayrılıb.
Teqlər