İran Dünya Karate Kuboku yarışlarının ikincisi oldu
İranlı karateçilər Dünya Kuboku yarışlarında ikinci olublar.
İRİB-nin verdiyi məlumata görə, Fransada keçirilən Dünya Karate Kuboku yarışlarının ilk günündə İran komandası bütün rəqiblərini məğlub edərək, yarışların yekun mərhələsinə yüksəlməyi bacarıb. Yarışların final mərhələsində isə Fransa qarşısında məğlub olan İran komandası yarışların ikincisi olub.
İranın karate komandasının tərkib heyəti Məhəmməd, Məhəmməd Əli və Məhəmməd Rza Batəvani qardaşları və Mehdi Məlik Məhəmmədidən ibarət olub. Komandanın baş məşqçisi isə Əli Kəmalidir.
Komanda yarışları ilə yanaşı, fərdi qaydada keçirilən yarışlarda isə Məhəmməd Rza Batəvani gümüş medalın sahibi olub.
Fransada keçirilən Dünya Karate Kuboku yarışlarında 21 ölkədən gəlmiş 700 idmançı iştirak edib.