Avstraliyalı gənc 60-dan çox köpək balığı tutub
İyun 03, 2017 14:33 Asia/Baku
-
Avstraliyalı gənc 60-dan çox köpək balığı tutub
15 yaşlı avstraliyalı gənc cari miladi ilində Avstraliyanın qərbində yerləşən Pert şəhərinin ətraf sahillərində qarmaqla 64 köpək balığını övlayıb və sonra dənizə buraxıb.
Kay Qrour Boil-in indiyədək tutduğu ən böyük köpək balığının uzunluğu 3.7 metr olub. Balıq ovuna xüsusi marağı olan İsveç vətəndaşı Henrik Lind dünyanın o başından sadəcə Kayın kənarında balıq ovlamaq üçün buraya gəlib. Kay köpək balığını ilişdirən çəngəlləri balığın ağzından qoparır və onu yenidən suya buraxır. Kaya görə, bu əyləncə turistləri cəlb edə bilər.
Qərbi Avstraliyanın federal hökuməti bu vilayətin köpək balığı ovu olə maraqlanan balıqçıların məqsədinə çevrilməsindən çox da razı deyillər. Alimlər də köpək balığının taleyindən nigarandırlar.