İranlı fizik dünyanın etibarlı mükafatının qalibi oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i271812-İranlı_fizik_dünyanın_etibarlı_mükafatının_qalibi_oldu
Bioloji və yumşaq maddələr fizikası sahəsində Avropa Fizika Nəşriyyatı 2017-ci il mükafatını tanınmış iranlı fizikə təqdim edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 05, 2017 05:34 Asia/Baku
  • Ramin Gülüstaniyan
    Ramin Gülüstaniyan

Bioloji və yumşaq maddələr fizikası sahəsində Avropa Fizika Nəşriyyatı 2017-ci il mükafatını tanınmış iranlı fizikə təqdim edib.

İRNA-nın məlumatına görə, Avropa Fizika Nəşriyyatının Pier Jil Dejen adlı 2017-ci il mükafatı aktiv maddələr sahəsində rəylərin genişləndirilməsi və həyəcanlı kəşflərə səbəb olduğuna görə, Ramin Gülüstaniyana təqdim olunur. 

Bu mükafat 2017-ci il 17-21 iyulda Sloveniya paytaxtı Lyublyana şəhərində keçiriləcək maye maddələr üzrə 10-cu elmi konfransda professor Gülüstaniyana təqdim olunacaq. 

Professor Gülüstaniyan həmçinin 2014-cü ildə fizika sahəsi üzrə dünyanın əsas mükafatlarından sayılan Holweck mükafatına layiq görülmüşdü. 

Ramin Gülüstaniyan İranın şimal-qərbində Zəncan Universitetinin Professional Təhsil və Şeffel Universitetinin elmi dərəcəsinə malik idi. Hazırda isə İngiltərənin Oxford Universitetinin müəllimidir.