İranlı taekovandoçulardan böyük nailiyyətlər
-
İranlı taekovandoçulardan böyük nailiyyətlər
Taekovando üzrə Asiya Yeniyetmələr Çempionatının ilk gününün sonunda İran yığması 5 qızıl, bir gümüş və bir bürünc medal qazanıb.
İRİB-in İran Taekovando Federasiyasına istinadla verdiyi məlumatına görə, Vyetnamda 16 ölkədən 190 idmançının iştirakı ilə keçirilən Yeniyetmələr üzrə Asiya Çempionatı ötən gün başlayıb. Çempionata İran, Malayziya, Qazaxıstan, Fələstin, Cənubi Koreya, Filippin, Monqolustan, İordaniya, Taivan, Özbəkistan, İndoneziya, Honq Konq, Hindistan, Səudiyyə Ərəbistanı, Vyetnam və Pakistan yığmaları qatılıb.
Şayan Rüstəmi, Əli İsmayılpur, Mobina Nemətzadə, Məryəm Vəsiləbər və Qəzəl Sultani 5 qızıl medala layiq görülüblər. Mobina Kulivənd gümüş medalla kifayətlənib və Əmir Ərslan Xanzadə üçüncü yeri tutub. Əmir Məhəmməd Əmirməhəmmədi dörddə bir finalda Cənubi Koreya idmançısına məğlub olaraq çempionatdan kənarlaşıb.