İran komandası para-voleybol yarışlarının qalibi olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i274408-İran_komandası_para_voleybol_yarışlarının_qalibi_olub
İranın kişilərdən ibarət para-voleybol komandası Çində keçirilən Asiya və Okeaniya yarışlarının ilk görüşündə Yaponiya komandasını məğlub edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 27, 2017 13:06 Asia/Baku
  • İran komandası para-voleybol yarışlarının qalibi olub

İranın kişilərdən ibarət para-voleybol komandası Çində keçirilən Asiya və Okeaniya yarışlarının ilk görüşündə Yaponiya komandasını məğlub edib.

IRNA-nın məlumatına görə, İranın kişilərdən ibarət para-voleybol komandası hər üç setdə rəqibini məğlub edib və bu yarışların çempionu adını qazanmaq istiqamətində möhkəm addım atıbdır.

İranın kişilərdən ibarət para-voleybol komandasının ikinci görüşü sabah Çin komandası ilə olacaq.

Çində keçirilən Asiya və Okeaniya para-voleybol çempionatının yarışları iyunun 27-də başlanıb. Yarışlar iyulun ikisinədək davam edəcək.

Çin, İran, Qazaxıstan, İraq, Yaponiya və Şri-Lanka kişilər bölməsində, Çin, İran, Yaponiya, Monqolustan və Qazaxıstan da qadınlar bölməsində bu yarışlarda iştirak edirlər.