İyun 30, 2017 10:13 Asia/Baku
  • İranlı taekvondoçu dünya çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb

63 kiloqram çəki dərəcəsində mübarizə aparan iranlı taekvondoçu Mir Haşem Hoseyni Tayvan təmsilçisini məğlub edərək, bu idman növü üzrə 23-cü dünya çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

IRNA-nın məlumatına görə, Mir Haşem Hoseyni dünən bu yarışların altıncı günündə Tayvandan olan rəqibi Çia Hesin Hu ilə qarşılaşıb və onu 21-7 hesabı ilə məğlub edərək, yarışların yarımfinal mərhələsinə vəsiqə qazana və öz bürünc medalını qətiləşdirə bilibdir.

Bu iranlı idmançı finala çıxmaq üçün yeniyetmələrin dünya çempionatının və Avropa çempionatının qızıl medallarını əldə etmiş Azərbaycan Respublikasından olan Məhəmməd Məhəmmədovu məğlub etməlidir.

Yarışların yarımfinal və final görüşləri bu gün keçiriləcək.

 

Taekvondo üzrə 23-cü dünya çempionatı 183 ölkədən olan 973 taekvondoçunun iştirakı ilə iyunun 24-dən başlanıb. Cənubi Koreyanın Moco şəhərində keçirilən yarışlar iyunun 30-da başa çatacaq.

Bu yarışlarda 1-ci, 2-ci və 3-cü yerləri tutan taekvondoçular 2020-ci il Tokio olimpiya oyunlarına çıxmaq üçün imtiyazlar qazanacaqlar.

 

Teqlər