İranda beynəlxalq yunan-roma yarışları başlanıb
Bu gün səhər İranın Qum şəhərində beş daxili və 13 xarici komandanın iştirakı ilə yeniyetmələr üzrə Yadeqare Emam(r.ə.) 3-cü beynəlxalq yunan-roma yarışları başlanıb.
IRIB-nin məlumatına görə, bu yarışlar iki beş komandalı və iki dörd komandalı qruplarda keçiriləcək. Birinci qrupda İranın 1-ci və 2-ci komandaları, Finlandiya, Qırğızıstan və Gürcüstan komandaları yarışacaqlar.
2-ci qrupda İranın Qum şəhərindən olan komandası Ermənistan, İtaliya və Bolqarıstan komandaları ilə rəqabət aparacaq.
3-cü qrupda İran, Ukrayna, Türkiyə, həmçinin Suriya və Livandan ibarət komanda mübarizə aparacaqlar.
4-cü qrupda isə Azərbaycan Respublikası, İraq, Tacikistan və Serbiya komandaları qarşılaşacaqlar.
Bu yarışlar 4 qrupa daxil olan 18 komanda formasında 150 güləşçinin iştirakı ilə keçirilir və bu gecə ilk üç yeri tutacaq komandanın təqdim olunması ilə işini başa vuracaqdır.