İranın oturaq voleybol komandası Asiya çempionatının qalibi oldu
İyul 02, 2017 09:07 Asia/Baku
-
İranın oturaq voleybol komandası Asiya çempionatının qalibi oldu
İranın kişilərarası oturaq voleybol komandası Çində keçirilən Asiya və Okeaniya Oturaq Voleybol Çempionatının qalibi olub.
İRNA-nın məlumatına görə, İranın kişilərarası oturaq voleybol komandası bazar günü Asiya və Okeaniya Oturaq Voleybol Çempionatının ikinci günündə baş tutan final görüşündə Qazaxıstan yğmasını 3-0 hesabı ilə məğlub edib.
İranın oturaq voleybol komandası ötən gün qrup mərhələsində baş tutan dördüncü qarşılaşmada Qazaxıstan komandasını ardıcıl olaraq 3 set məğlub etməyi bacarıb.
İran komandası bundan öncə qrup mərhələsində Çin, Yaponiya, Şrilanka və İraq komandalarını məğlub etmişdi.
İranın qadınlararası oturaq voleybol komandası da şənbə günü yarışları 3-cü yerdə başa vurdu.