İngilis fizik ABŞ prezidentinin rəftarı barədə xəbərdarlıq edib
-
Stiven Havkinq
Tanınmış ingilis fizik Stiven Havkinq xəbərdarlıq edib ki, ABŞ prezidenti Donald Trampın Paris müahidəsindən çıxmağa dair qərarı təbiət və bəşəriyyət üçün bir təhdiddir.
IRNA-nın məlumatına görə, Havkinq sonra belə qeyd edib: Trampın qərarı geridönməz iqlim dəyişikliklərinə gətirib çıxara və yeri cəhənnəmə çevirə bilər ki, 250 dərəcə istiliyə malik Venera planetinə və sulfat turşusu yağışlarına bənzəmiş olsun.
Bu ingilis fizik iqlim dəyişikliklərini ən böyük xətərlər adlandırıbdır ki, insan onunla üz-üzədir. O, belə əlavə edib: Donald Tramp iqlim dəyişiklikləri faktlarını inkar etmək və Paris müahidəsindən çıxmaqla gözəl Yer planetinə qaçılmaz zərərlər vurur.
Stiven Havkinq insan nəslinin gələcəyi barədə nigarançılıq edərək, vurğulayıb: Dünyada toqquşmaların azalmasından heç bir nişanə görünmür və kütləvi qırğın silahları və hərbi texnologiyaların inkişaf etdirilməsi, vəziyyəti daha faciəli edə bilər.
Paris razılaşması 2015-ci ildə 195 ölkə tərəfindən imzalanıb. Amerikanın keçmiş prezidenti Barak Obama bu razılaşmanı imzalamışdı. Tramp bildirib ki, iqlim dəyişikliklərinə və onunla mübarizə üçün qanunların tətbiqi zərurətinə inanmır və buna görə, o, Obama dövlətinin bu sahədəki bütün qanunları və göstərişlərini ləğv etdi.