Dəniz mühəndisliyi üzrə elmi inkişaf baxımından İranın mövqeyi yaxşılaşdırıldı
İyul 04, 2017 09:15 Asia/Baku
-
Dəniz mühəndisliyi üzrə elmi inkişaf baxımından İranın mövqeyi yaxşılaşdırıldı
İran İslam Respublikası prezidentinin elm və texnologiya məsələləri üzrə müavini Sorena Səttari deyib: Dəniz mühəndisliyi üzrə elmi məhsulların istehsalı üzrə reytinq cədvəli hazırlayan "SCİMAGO" saytında İranın yeri yaxşılaşıb.
İRNA-nın verdiyi məlumata görə, Sorena Səttari deyib: Son statistik məlumata görə, İran 2016-cı ildə dəniz mühəndisliyi üzrə elmi məhsulların istehsalında dünyada 6-cı yerə malik olaraq, ümumi sıralamada Avstraliya, Almaniya, İtaliya və Fransadan önə çıxmağı bacarıb.
Səttari əlavə edib: İran 2016-cı ildə dəniz mühəndisliyi sahəsində 547 elmi məqaləyə malik olub ki, bu da öncəki il ilə müqayisədə 59%-lik artımdan xəbər verir.