1700 yaşlı mumiya bərpa olundu
-
1700 yaşlı mumiya bərpa olundu
Peruda alimlər 1700 il öncəyə aid olan mumiyanı bərpa edə və animasiyasını hazırlaya biliblər.
France 24 televiziyasının məlumatına görə, bu böyük elmi nailiyyətdir və bu ölkə tarixininin tənzimlənməsi üçün əhəmiyyətlidir.
Kao xanımın (Faciə xanım) bundan sonra üzü vardır. Bir qrup tədqiqatçı bu üzü bərpa edib və onu Peru paytaxtı Limada muzeydə qərarlaşdırıblar.
Perunun mədəniyyət naziri bu nailiyyəti hamıya elan edib.
Salvador Del Solar deyib: Mən bu gün bu həyəcan və qürurda şərikəm. Mən "Kao xanım"ı sizə təqdim edən qrupla bu hissdə şərikəm. Bu xanımın indi üzvü vardır və Peru və onun mədəniyyətinin də üzüdür.
Alimlər üçölçülü animasiyanın köməyi ilə bu nailiyyəti əldə ediblər. Onlar mumiyanın kəlləsini rəqəmsallaşdırmağa başlayıblar. Belə ki, bir insanın üzvünün dizayn edilməsi üçün qaçılmaz mərhələdir.
Mühəndis Oskar Barrera deyir: Siz kəlləni bərpa etdiyinizdə, məntiqli şəkildə bölgə insanına yaxın üzün ünsürlərini əldə edirsiniz. Biz bu vasitə ilə gözləri, burun və ağızı bərpa etdik.
Alimlərin dediyinə görə, bu mumiyadan əldə olunan məlumatlar kolumbiyalılardan öncə adlanan cəmiyyətlərin genetik dəyişikliyi barədə əlavə detalların əldə olunmasına şərait yaradacaq.
Kao xanım 20 yaşında hamiləlik ağrıları nəticəsində dünyasını dəyişib.