"Falcon 9" kosmosa göndərildi
İyul 06, 2017 09:52 Asia/Baku
-
"Falcon 9" kosmosa göndərildi
Space X Texnoloji Kəşflər Şirkəti Falcon 9 raketini kosmosa göndərib.
Rabitə peykini daşıyan Falcon 9 raketi çərşənbə günü ABŞ-ın Florida ştatının Kip Kanavral rayonunda Kennedi Kosmos Mərkəzindən kosmosa göndərilib.
Falcon 9 raketinin kosmosa göndərilməsi bazar ertəsi baş tutmalı idi. Lakin hava şəraitinin əlverişli olmadığına görə, çərşənbəyə təxirə salındı.
Space X şirkəti rəsmilərinin dediyinə görə, bu peyk həddindən artıq ağır olduğuna görə, onun təkanvericisi (booster) yerə qayıtmayacaq.