PressTV-nin təsis edilməsinin 10-cu ildönümü
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i275364-presstv_nin_təsis_edilməsinin_10_cu_ildönümü
PressTV telekanalı gün ərzində 440 dəqiqə xəbər və 640 dəqiqə siyasi, iqtisadi və ictimai proqramlar yayımlayır. PressTV öz verilişlərini dünya əhalisinin təqribən 80%-nin barəsində anlayışı olduğu İngilis dilində yayımlayır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 06, 2017 12:15 Asia/Baku
  • PressTV-nin təsis edilməsinin 10-cu ildönümü
    PressTV-nin təsis edilməsinin 10-cu ildönümü

PressTV telekanalı gün ərzində 440 dəqiqə xəbər və 640 dəqiqə siyasi, iqtisadi və ictimai proqramlar yayımlayır. PressTV öz verilişlərini dünya əhalisinin təqribən 80%-nin barəsində anlayışı olduğu İngilis dilində yayımlayır.

PressTV telekanalı 12 tir 1387-ci ildən fəaliyyətə başlayıb. Kanalın şüarı isə "Səsi olmayanların səsi"dir. 

PressTV-nin təsis edilməsinin ildönümü münasibəti ilə təşkil edilmiş mətbuat konfransında kanalın müdiri təsis edildiyi zamandan bəri PressTV-nin beynəlxalq səviyyədə qərb dövlətləri tərəfindən süni formada yaradılan bir çox problemlər ilə üz-üzə olduğunu dedi.

 

Cebilli: Kanalın təsis edilməsindən 1 il ötürdü. Amerikan "Meri" internet portalı bildirdi ki, Amerika mediasının heç bir sədaqət və etibara malik olmadığını düşünən amerikalıların bir çoxu PressTV və Əl-Cəzirə kimi ingilis dilində verilişlər yayımlayan kanalları izləyirlər. Biz özümüzü yeni parametlərə malik bir informasiya kanalı kimi tanıtdırmağı bacarmışıq. Bu da beynəlxalq sionizmin qəzəbinə səbəb olub. 

 

Fələstin xalqını himayə habelə, sionizm və terrorizm ilə müxalifət etməsinə görə bu kanal müxtəlif formalarda maddi və mənəvi zərər və ziyanlara da məruz qalıb. Amma, yenə də öz mövqeyindən geri çəkilməyə razı olmayıb. 

 

Cebilli: Bu kanalın yayımını Avropa və Amerikada məhdudlaşdırıb və ya hətta, dayandırıblar. Bir çox təzyiqlərə məruz qalmışıq. Lakin, son məlumatlara görə, bizim izləyicilərimizin sayı azalmayıb və hələ də müxtəlif yollarla bizim verilişlərimizi izləyirlər. 

 

PressTV kanalı bütün problemlərə və sanksiyalara baxmayaraq yenə də susdurulmuşların səsi olmqda davam edəcək.