İranlı idmançı Asiyanın ən sürətlisi oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i275534-İranlı_idmançı_asiyanın_ən_sürətlisi_oldu
İran İslam Respublikasının qaçış üzrə yığma komandasının üzvü Həsən Təftian cümə günü 32-ci Asiya Qaçış Çempionatında 100 metrlik məsafəni 10,25 saniyəyə qət edərək rekorda imza atıb və İranın bu çempionatdakı 3-cü qızıl medalını qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 08, 2017 04:21 Asia/Baku
  • İranlı idmançı Asiyanın ən sürətlisi oldu
    İranlı idmançı Asiyanın ən sürətlisi oldu

İran İslam Respublikasının qaçış üzrə yığma komandasının üzvü Həsən Təftian cümə günü 32-ci Asiya Qaçış Çempionatında 100 metrlik məsafəni 10,25 saniyəyə qət edərək rekorda imza atıb və İranın bu çempionatdakı 3-cü qızıl medalını qazanıb.

İRNA-nın məlumatına görə, Təftiandan sonra Nigeriya əsilli Qətər idmançısı Fimi Oqond Son 10,26 saniyə ilə 2-ci yeri tutub və Çin atleti Jo Hay Yonq 10,31 saniyə ilə üçüncü yerə yüksəlib. 

Təftiandan öncə Əli Səməri İrana qızıl medal qazandırıb, o çəkicatmada 19,80 metr rekorda imza atıb. 

İran İslam Respublikasının digər atleti Ehsan Həddadi isə də çempionatın ilk günündə disk tullamada 64,54 metrlə qızıl medala layiq görülmüşdü. 

İranın yüngül atleti Müslüm Niyadust 1500 metrlik qaçışda 3,48,58 dəqiqə ilə Hindistan və Qətər idmançılarından sonra üçüncü yeri tutaraq bürünc qazanıb. 

Yüngül Atletika üzrə 22-ci Asiya Çempionatı cümə axşamı günündən Hindistanın Odişa əyalətində başlayıb və bazar günü sona çatacaq. 

İranın yığma komandası 14 atletlə bu çempionatda iştirak edir.