37 ölkədə fars dili tədris edilir
İyul 18, 2017 13:17 Asia/Baku
-
37 ölkədə fars dili tədris edilir
İranın elm, tədqiqat və texnologiya nazirliyinin beynəlxalq əməkdaşlıqlar mərkəzinin sədr müavini deyib: Fars dili 37 ölkənin universitetində tədris edilir.
İRNA-nın verdiyi məlumata görə, Fərəcullah Talibi bu gün Məşhəddə xaricdə yaşayan iranlı tələbələrin və universitet müəllimlərinin 11-ci konfransında etdiyi çıxışında son illərdə dünyanın müxtəlif universitetlərinə fars dilinin tədrisi üçün 41 müəllimin göndərilməsini bildirərək deyib: Fransa, Slovakiya, Polşa, Bosniya və Hersqvina, Rumıniya , Almaniya, Bolqarıstan, Rusiya, Belarus, Gürcüstan və digər Asiya və Afrika ölkələrində fars dili tədris olunmaqdadır.
Teqlər