Tehran Universitetinin Su Ehtiyatları Fakültəsi 15-ci sırada
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i276876-tehran_universitetinin_su_ehtiyatları_fakültəsi_15_ci_sırada
Tehran Universitetinin Kənd Təsərrüfatı və Su Ehtiyatları İnstitutunun elmi heyətinin üzvü deyib: Şanxay reytinqinə əsasən, Tehran Universitetinin Su Ehtiyatları Fakültəsi dünya səviyyəsində 15-ci sırada durur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 19, 2017 13:44 Asia/Baku
  • Tehran Universitetinin Su Ehtiyatları Fakültəsi 15-ci sırada

Tehran Universitetinin Kənd Təsərrüfatı və Su Ehtiyatları İnstitutunun elmi heyətinin üzvü deyib: Şanxay reytinqinə əsasən, Tehran Universitetinin Su Ehtiyatları Fakültəsi dünya səviyyəsində 15-ci sırada durur.

İRİB-in məlumatına görə, Tehran Universitetinin Kənd Təsərrüfatı və Su Ehtiyatları İnstitutunun elmi heyətinin üzvü Ümid Bozorq Həddad çərşənbə günü deyib: Şanxay Reytinq Müəssisəsi etibarlı elmi reytinq strukturlarından biridir.

Şanxay Reytinq Cədvəlində 52 mövzuda İranın 12 universitetinin dünyanın 500 universiteti siyahısında qeyd olunmasına diqqət çəkən Ümid Bozorq Həddadın sözlərinə görə, bu reytinq cədvəlində Tehran Universiteti su ehtiyatları, mədən, metallurgiya, abadlıq, kimya, qida sənayesi fakültələrində ilk yüzlükdə və su ehtiyatları fakültəsində isə 15-ci yeri əldə edib.

Çinin Şanxay vilayətində yerləşən Şanxay Reytinq Müəssisəsi 2003-cü ildən dünyanın elmi mərkəzləri və universitetlərinin reytinqini açıqlayır.