İranın futzal komandası Asiyada 1-ci, dünyada isə altıncıdır
İyul 21, 2017 04:14 Asia/Baku
FİFA-nın son təsnifatına əsasən, İranın futzal komandası Asiyada 1-ci, dünyada isə altıncı yerdə durur.
FİFA-nın informasiya portal dünən iyul ayı üçün dünyanın futzal komandalarının son təsnifatını yayıb. Bu təsnifta əsasən, İran 1593 xal toplayaraq, Asiyada 1-ci, dünyada isə altıncı yerdə durur.
Bu əsasda Braziliya, İspaniya, Rusiya, Argentina və İtaliya komandaları müvafiq olaraq 1-ci yerdən 5-ci yerədək olan pillələrdə dururlar.
İrandan sonra isə Portuqaliya, Ukrayna, Qazaxıstan və Azərbaycan Respublikasının yığmları müvafiq olaraq 7-ci yerdən 10-cu yerədək olan pillələrdə yerləşiblər.