Çinin ən sürətli qatarı istifadəyə verilib
İyul 24, 2017 15:40 Asia/Baku
Çinin şərqində Şandunq vilayətində bu ölkənin ən sürətli hava tramvayı öz fəaliyyətinə başlayıb.
Hal-Hazırda Tramvayın fəaliyyəti sınaq mərhələsindədir və ehtimali nöqsanların araşdırılmasından sonra ciddi fəaliyyətə başlayacaq.
Bu hava tramvayının maksimum sürəti saatda 80 km-dir amma sınaq mərhələsində bu rəqəm 70 km təşkil edir.
Bu tramvay 3-5 vaqonu çəkərək 300-510 sərnişin daşımaq qabiliyyətinə malik olacaq.
Bu qatarın istehsalında sürətli qatarlara məxsus təhlükəsizlik və dincliyi təmin edən texnologiyalardan istifadə olunub.
Hava tramvayları ucuz və asan nəqliyyatın təmini, trafikin azaldılması məqsədi ilə istifadəyə verilir.