İranlı oxçular çempion oldular
İyul 24, 2017 14:36 Asia/Baku
-
İranlı oxçular çempion oldular
İranın əlil oxçular komandası Çexiya Respublikasında keçirilən beynəlxalq turnirdə 11 medal qazanıb.
İRNA-nın məlumatına görə, iranlı oxçular fərdi növdə bir qızıl, bir gümüş və üç bürünc, komanda şəklində isə üç qızıl, iki gümüş və bir bürünc medal qazanıblar. Beləliklə İran yığması bu turnirin çempionluq titulunu qazanıb.
İran yığmasından sonra, Rusiya 9 medalla ikinci, İngiltərə isə 8 medalla üçüncü yeri tutub.
Çexiya Respublikasında əlil oxçuların beynəlxalq turniri 25 ölkədən 123 idmançının iştirakı ilə 18 iyulda start götürüb və ötən gün öz işinə yekun vurub.
Teqlər