Karlar arası yay olimpiya oynları başlandı; İran ilk qızıl medalını qazandı
İyul 25, 2017 05:03 Asia/Baku
-
Karlar arası yay olimpiya oynları başlandı; İran ilk qızıl medalını qazandı
Türkiyənin Samsun şəhərində start götürən 23-cü Karlar arası Yay Olimpiya Oyunlarında iştirak edən İranın idman karvanı ilk qızıl medalını qazanıb.
23-cü Karlar arası Yay Olimpiya Oyunlarında iranlı karateçi Milad Sadeqzadə 60 kq çəki dərəcəsində rusiyalı rəqibini 8-0 hesabı ilə məğlub edərək, qızıl medala yiyələnib. Bu qızıl medal ilə İran idman karvanının Samsunda keçirilən yarışlardakı medallarının sayı 12-yə yüksəlib.
İranlı idmançılar Karlar arası Yay Olimpiya Oyunlarının 6-cı gününə qədər olan yarışlarda 1-i qızıl, 2-si gümüş və 9-u bürünc olmaqla ümumilikdə 12 medal əldə ediblər.
Türkiyənin Samsun şəhərində keçirilən 23-cü Karlar arası Yay Olimpiya Oyunları 18 iyul tarixində start götürüb. Bu yarışlarda 97 ölkə iştirak edir.
Teqlər