Ordular arasında keçirilən yarışlarda İran 3-cü olub
Avq 06, 2017 08:32 Asia/Baku
-
Ordular arasında keçirilən yarışlarda İran 3-cü olub
Çində keçirilən dünya orduları arasında sülh və dostluq yarışlarında İranın silahlı qüvvələrini təmsil edən Əl-Məhdi(əc) 33-cü xüsusi havadan müdafiə diviziyası 3-cü yeri qazanmışdır.
İRNA-nın verdiyi məlumata görə, dünən yekunlaşan bu yarışlarda İran komandası yarışların xəritəoxuma adlı 4-cü mərhələsində 3-cü yeri tutmuşdur.
Dünya orduları üzrə sülh və dostluq yarışları-2017 eyni zamanda Çin, Rusiya və Qazaxıstanda keçirilir və bu yarışlar havadan müdafiə üzrə 17 sahəni əhatə edir. Bunlar paraşutla tullanma, avtomat paraşut, 10 km qaçış, 6 km maneəli qaçış sahələrini əhatə edir.