Avq 24, 2017 19:03 Asia/Baku
  • Peyman Cebelli
    Peyman Cebelli

İranın TeleRadio Təşkilatı sədrinin Sərhədaşırı Bölmə üzrə müavini deyib: İslam dünyası məsələlərinə diqqət, sərhədaşırı bölmənin diqqət mərkəzində durur.

İranın TeleRadio Təşkilatı sədrinin Sərhədaşırı Bölmə üzrə müavini Peyman Cebelli Tehranda Liviya, Əlcəzair, Fələstin və Misir medialarının fəalları və "Umməti Vahidə" beynəlxalq birliyinin məsul şəxslərilə görüşdə İslam dünyası mediaları və İslam mütəfəkkirləri ilə İranın TeleRadio Təşkilatının sərhədaşırı kanalları arasında daha artıq əlaqə və koordinasiyanın olması vacibliyini vurğulayıb.

Cebelli İranın TeleRadio Təşkilatının Sərhədaşırı Bölməsinin Əlaləm və Press TV xəbər kanallarını İranın regionda və dünyada iki informasiya qolu adlandırıb və belə əlavə edib: İranın TeleRadio Təşkilatının sərhədaşırı kanalları İslam ümmətinin insani ləyaqəti, istiqlaliyyəti və azadlıqsevərliyini təhlükəyə salan hər bir amil ilə media cəbhəsində mübarizə aparmağa çalışırlar.

Teqlər