İran təmsilçisi Gürcüstan turnirində gümüş medal qazanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i285568-İran_təmsilçisi_gürcüstan_turnirində_gümüş_medal_qazanıb
Gürcüstanda keçirilən yarım-marafon turnirində İran təmsilçisi gümüş medal qazanıb və İranın milli rekordunu yeniləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 22, 2017 14:16 Asia/Baku
  • İran təmsilçisi Gürcüstan turnirində gümüş medal qazanıb
    İran təmsilçisi Gürcüstan turnirində gümüş medal qazanıb

Gürcüstanda keçirilən yarım-marafon turnirində İran təmsilçisi gümüş medal qazanıb və İranın milli rekordunu yeniləyib.

İRNA-nın məlumatına görə, iranlı idmançı Məhəmməd Cəfər Muradi Gürcüstan paytaxtı Tiflisdə 21 kilometrlik yarım-marafonda məsafəni 1 saat 6 dəqiqə 56 saniyəyə başa vuraraq ikinci yeri tutub.

O həmçinin İranın yarım-marafon yarışı üzrə öz rekordunu yüzdə 37 saniyə yeniləyib.

Tiflis yarım-marafon yarışları bu gün 10 mindən çox atletin iştirakı ilə keçirilib.