Zaqros dağlarının ətəklərində palıd meyvəsi yığımı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i290279-zaqros_dağlarının_ətəklərində_palıd_meyvəsi_yığımı
Zaqros dağlarının ətəklərində palıd meyvəsinin yığımı başlanıb. Bu dağ silsiləsi İranda müxtəlif palıd növlərinin ən əsas cücərmə məkanı olaraq, Qərbi Azərbaycandan başlanır və Kohkiloye və Boyr Əhmədi əhatə edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 25, 2017 18:01 Asia/Baku
  • Zaqros dağlarının ətəklərində palıd meyvəsi yığımı
    Zaqros dağlarının ətəklərində palıd meyvəsi yığımı

Zaqros dağlarının ətəklərində palıd meyvəsinin yığımı başlanıb. Bu dağ silsiləsi İranda müxtəlif palıd növlərinin ən əsas cücərmə məkanı olaraq, Qərbi Azərbaycandan başlanır və Kohkiloye və Boyr Əhmədi əhatə edir.

Kişi: Bu, bir ruzi və nemətdir ki, Allah biz kəndlilərə hədiyyə edibdir.

Palıd xoşrəngli bir meyvədir ki, bu günlər Zaqros sakinləri bu məhsulu palıd meşələrindən yığmağa başlayıblar.

Kişi: İki-üç dəfə yağış yağan kimi, palıdlar yığılmağa hazır olurlar.

Qadın: Biz hər gün təqribən əlli kilo palıd yığırıq.

Proteinlə dolu olan bu meyvə keçmiş zamanlardan bəri dağ ətəyində yaşayanlar üçün mühüm bir məhsul olub və ondan kəlk adlı bir çörək hazırlayırlar.

Qadın: Palıdları yığır, təmizləyir və üyüdürük.

Qadın: Çörək bişirmək üçün palıdları isladır, qurudur və una çeviririk.

Qadın: Palıddan kəlk çörəyi bişiririk. Qatıq və kəllə-paça ilə yeyiryik.

Amma bir-iki ildir ki, bu meşə meyvəsi sənaye dünyasına da gəlib çıxıbdır.

Çörəkçi: Hər gün müxtəlif sənaye üsulları ilə 2 min ədəddən çox çörək istehsal edirik.

Yetmiş nəfərdən çox insan birbaşa şəkildə, yüzdən çox insan da dolayısı ilə bu sahədə çalışır.

Palıd meyvəsi bir çox istifadələrə malik olan bu uzun ağacların enli budaqlarında naməlum bir sərmayədir.

Qadın: Palıd həzm çatışmazlıqları və yaralar üçün xeyrlidir.

Qasempur- bitkişünas: Palıdın müalicə təsirləri- mədə yarası, vərəm xəstəliyi, yanıqlar və bəzi xəstəliklərdə özünü göstərir. Boya, dəri, neftayırma, yapışqanqayırma kimi sənaye sahələrində də islədilir.

Kohkiloye və Boyrəhməddə 73 milyon ədəd ağac mövcuddur və onların məhsuldarlıqlıq miqdarı, ildə 260 min tondur.