2018-də bir milyondan çox xarici turistin Təbrizdə olacağı proqnoz edilir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i291443-2018_də_bir_milyondan_çox_xarici_turistin_təbrizdə_olacağı_proqnoz_edilir
Təbriz meri 2018-ci ildə bir milyondan çox xarici turistin Təbrizə gələcəyini proqnoz edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 06, 2018 18:02 Asia/Baku
  • Təbriz şəhəri
    Təbriz şəhəri

Təbriz meri 2018-ci ildə bir milyondan çox xarici turistin Təbrizə gələcəyini proqnoz edib.

İrəc Şəhinbahər bu gün IRNA ilə müsahibədə deyib: Təbriz şəhərinin İslam dünyasının turizm paytaxtı kimi seçilməsi İranın digər məntəqələrinin bu beynəlxalq olaydan bəhrələnmələri üçün münasib fürsətdir.

Şəhinbahər əlavə edib: Ərəbistan, Türkiyə, Malayziya və Banqladeş şəhərləri bu tarixi seçimdə Təbrizin rəqibləri idilər ki, Təbriz şəhəri tarix boyu İranda 263 illik paytaxt keçmişinə malik olmaqla öz rəqiblərini arxada qoyubdur.

Təbriz meri İran prezidenti Həsən Ruhaninin iştirakı ilə beynəlxalq novruz festivalının keçirilməsini Təbriz-2018-in əsas tədbirlərindən adlandırıb.