Azərbaycanda farsca üç min əlyazma nüsxəsi saxlanılır
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i292851-azərbaycanda_farsca_üç_min_əlyazma_nüsxəsi_saxlanılır
Azərbayan Respublikası Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini deyib: Milli Elmlər Akademiyasında fars dilində təxminən üç min əlyazma nüsxəsi saxlanılır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 19, 2018 16:30 Asia/Baku
  • Azərbaycanda farsca üç min əlyazma nüsxəsi saxlanılır

Azərbayan Respublikası Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini deyib: Milli Elmlər Akademiyasında fars dilində təxminən üç min əlyazma nüsxəsi saxlanılır.

İRNA-nın məlumatına görə, Paşa Kərimov əlavə edib: Bu institutda farsca əlyazma araşdırma şöbəsi fəaliyyət göstərir, indiyə qədər bu şöbə tərəfindən elmi araşdırmalardan əlavə, fars dilində 3 cild əlyazma siyahısı hazırlanmış və çap olunmuşdur.

Azərbayan Respublikası Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini həmçinin İran İslam Respublikası ilə elmi və araşdırma əməkdaşlıqlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.

Əlyazmalar İnstitutunda Quran-Kərimin dəyərli və qədim nüsxələrinin saxlanıldığına toxunan Kərimov bildirib: Bu institutda Quran-Kərimin ən qədim nüsxəsi Səlcuqlar dövrünə yəni 12-ci əsrə aiddir.