Qədim sənətin izi ilə
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i292959-qədim_sənətin_izi_ilə
Bir zamanlar İranın Kermanşah vilayətində xeyli rövnəqə malik olan kilim toxumaq sənəti bu günlər ömrünün payızını təcrübə edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 20, 2018 17:16 Asia/Baku
  • Kilim
    Kilim

Bir zamanlar İranın Kermanşah vilayətində xeyli rövnəqə malik olan kilim toxumaq sənəti bu günlər ömrünün payızını təcrübə edir.

Könül oxşayan naxışlar sanki insan ilə söhbət edirlər. Hələ çox da uzaq olmayan keçmişdə kilim toxumaq sənəti Kermanşahda çox geniş yayılmış sənət növlərindən biri idi.

Kilim  ustalarından biri deyir: “Keçmişdə evlərdə yorğan və döşəkləri, həmçinin digər əşyaları kilimdən hazırlanan boxçalarda saxlayardılar. Həmçinin, onlardan mütəkkə kimi də istifadə edirdilər.”

Əlbəttə, yorğan və döşəklərin bu boxçalarda saxlanmasının da səbəbləri var idi.

Bazardakı satıcılardan biri deyir: “Bu boxçalar yundan hazırlandığı üçün yorğan və döşəkləri rütubət qarşısında çox yaxşı qoruyurlar.”

Bu gün isə müasir tələbləri nəzərə alaraq, ənənəvi kilimlər üçün  yeni istifadə sahələri yaranır.

Başqa bir dükan sahibi isə deyir: “Bu gördüyünüz bir növ bəzək əşyasıdır və əl işidir. Nalçalar üçün örtüklər hazırlanır. Bu kimi əşyalardan əsasən ənənəvi atmosferin  yaradılmasında istifadə edilir.”

Amma, bu günlər Kermanşah bazarında sadəcə bir sənətkar bu qədim sənəti yaşatmağa çalışır.

Bu eşitdiyiniz səslər bir günlər böyük rövnəqə malik olan bu qədim sənətin bəlkə də son akordlarıdır..