İranın futzal komandası böyük fərqlə Azərbaycan yığmasını məğlub etdi
-
İranın futzal komandası böyük fərqlə Azərbaycan yığmasını məğlub etdi
3 günlük təlim məşqlərində iştirak məqsədi ilə Bakıda olan İranın futzal komandası ikinci dostluq matçında Azərbaycanın milli futzal komandasını 4-1 hesabı ilə məğlub edib.
İRİB-nin Bakıdan verdiyi məlumata görə, İran yığmasının matçın birinci hissəsindəki qollarının müəllifləri Hüseyn Təyyibi və Əbülqasım Üruci olub. Oyunun ikinci yarısında isə Müsülm Övlad Qubad və Fərhad Təvəkküli fərqlənməyi bacararq, hesabı 4-ə çatdırıblar.
Azərbaycanın futzal komandasının yeganə qolunun müəllifi isə Ramiz Çodarov olub.
İranın milli futzal komandasının baş məşqçisi Seyid Məhəmməd Nazim Əş-Şəriyə oyunun nəticəsindən razılıq edib və deyib: Öncəki matç ilə müqayisədə bu oyunda daha artıq ahəngdarlıq mövcud idi. Ümumilikdə, bizim təlim məşqlərində bu kimi oyunlara ehtiyacımız var idi. Asiya çempionatına çoz az zamanın qalmasını və təlim məşqləri üçün kifayət qədər zamanın olmamasını nəzərə alaraq, bir Avropa komandası olaraq, istedadlı oyunçuları olan Azərbaycan yığması kimi güclü bir komanda ilə 2 dostluq görüşünün baş tutması bizim baxış açımızdan son dərəcə önəmli idi.
Futzal üzrə Asiya Çempionatı 16 komandanın iştirakı ilə 1 fevralda Tayvanda start götürəcək. 10 gün davam edəcək bu çempionatda İran "C" qrupunda İraq, Çin və Myamna ilə eyni qrupu paylaşır.