Makedoniyada İranın film həftəsinə start verilib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i293471-makedoniyada_İranın_film_həftəsinə_start_verilib
Makedoniya paytaxtı Skopyedə İran İslam Respublikasının film həftəsinə start verilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 25, 2018 14:10 Asia/Baku
  • Makedoniyada İranın film həftəsinə start verilib
    Makedoniyada İranın film həftəsinə start verilib

Makedoniya paytaxtı Skopyedə İran İslam Respublikasının film həftəsinə start verilib.

İRİB-in verdiyi məlumata görə, tədbirlərin açılış mərasimi İİR-in Makedoniyadakı səfirinin iştirakı ilə Sinematek müəssisəsində keçirilib. 

Mərasimdə Sinematekin rəhbəri Anqlov çıxış edərək İran kinosunun dünya şöhrətli təsirli kino olduğunu vurğulayıb. 

Makedoniyada İranın kino həftəsində İranın " Xəyal dadı" , " Eşq və xəyanət dövrü" , " Rəsm hovuzu" , " Yap yalqız" , " Bir tikə qənd" və " Çox uzaq-çox yaxın" filmləri ekran ediləcək.