Baqassa yanacaq üçün faydalı seçim sayılır
-
Baqassa yanacaq üçün faydalı seçim sayılır
Yaşıl şəkər qamışının biçimi ətraf mühitə köməyin olunması, hava çirkliliyinin qarşısının alınması və torpağın ehtiyatlarının qorunması və istehsalın artırılmasında əhəmiyyətlidir. Şəkər qamışının biçilməsi ilə məhsulun qalıqları yandırılmır, üstəlik həmin qalıqlardan daha faydalı istifadə etmək mümkündür.
Ölkənin şəkər qamışı əkilməsi üzrə ən böyük obyektlərindən birinə baş çəkirik. Burada biçim bir müddətdir ki, başlanmışdır. Vilayətin çirkli havasında bu metod qənimətdir və ən azından sənaye və kənd təsərrüfatı çirkləndiricilərinin azaldıması baxımından səylərin göstərilməsidir.
Karun Şəkər Qamışının Əkilməsi və Biçilməsi üzrə şirkətin icra direktoru Mirzapur deyib: Məqsədimiz minimum 6 min hektardır. İndiyə qədər 3 min hektardan çox ərazidə şəkər qamışı əkmişik. Hələlik 50%-nin biçilməsini həyata keçirmişik.
Yaşıl qamışın biçilməsində əkin sahələrinin yandırılmasına ehtiyac yoxdur. Üstəlik məhsul mexaniki vasitələrlə biçilir, həm torpağın rütubətliyi, həm də karbon, kükürd və azotu qorunur.
Əhvaz vilayəti ətraf mühit idarəsinin baş direktoru Lahicanzadə deyib: Burada çoxlu miqdarda su istifadə olunurdu, məhsulun qalıqlarını da yandırırdıq, yəni bu vasitə ilə biz bir çox ehtiyatı itirirdik. Halbuki bu ehtiyatlardan heyvanlar üçün məhsullar istifadə oluna bilər.
Biçim zamanı yerli köçəri quşların mövcud olması onun ətraf mühitin standartlarına uyğun olduğunu əks etdirir. Bu metod xarici tədqiqatçılar və ekspertlər tərəfindən də təsdiqlənir.
Avstraliyanın SNH Şirkətinin mütəxəssisi Qarri Desmond Dengele deyib: Ətraf mühit təhlükələrinə görə, bütün ölkələr düzgün biçim istiqamətinə doğru hərəkət etməyə çalışırlar.
Karun Şəkər Qamışının Əkilməsi və Biçilməsi üzrə şirkətin icra direktoru müavini Fəramərz Şadman deyib: İndi 10% qaz, 90% qalıq yandırır. Elə burda da belədir. Fərqi yoxdur.
Buxar kürələrinin yanacağı üçün baqassa və ya şəkər qamışının qalığından istifadə bu obyektin başqa bir addımıdır.
Karun Şəkər Qamışının Əkilməsi və Biçilməsi üzrə şirkətin icra direktoru müavini Fəramərz Şadman deyib: Yanacaq istehlakını qazdan şəkər qamışının qalığına çevirmişik. Eyni zamanda sıradan çıxmış və köhnəlmiş bütün avadanlıqları yenilədik və istifadəyə yararlı etdik. Hal-hazırda bizim kürələrin biri tam şəkildə şəkər qamışı qalığından istifadə edir.
Tərkibində spirtin olduğuna görə, şəkər qamışı qalığının güclü alovlanması da, bu vasitədən yanacaq kimi istifadə olunmasının səbəbidir.
Bu böyük buxar avadanlıqlarında yanacaq kimi baqassadan istifadədə hər 100 tonda sadəcə 2% kül yaranır. Bu isə bu şəkər qamışı obyektində ətraf mühit standartlarına tam şəkildə riayət olunduğunu göstərir.