Fev 03, 2018 11:31 Asia/Baku
  • Bu gün; Milli Aeronavtika Texnologiyası Günü mərasimi
    Bu gün; Milli Aeronavtika Texnologiyası Günü mərasimi

Bu gün 14 bəhmən (3 fevral) Milli Aeronavtika Texnologiyası Günü 2008-ci ildə Ümid peykinin uğurla kosmosa göndərilməsinin ildönümü günüdür. Bu isə İranın kosmosa peyk göndərmək bacarığı olan ölkələrin sırasında yer alması ilə nəticələndi.

İran İslam Respublikası region ölkələri arasında kosmos biliklərini əldə etmək üzrə yüksək səviyyədədir, bacarıqlı insan resurslarına, yerli biliyə arxalanaraq peykin düzəldilməsi və kosmosa göndərilməsində böyük uğura nail ola bilmişdir. 

Kosmik texnologiya bacarığı İranı ətraf mühit problemlərindən xilas edə, həmçinin iqtisadi inkişafa çoxlu kömək edə bilər. 

Kosmik texnologiya həmçinin təbii fəlakətlər, ekoloji problemlər, hazırkı həyatın müxtəlif cəhətlərində çoxlu yetərliliyə malikdir. 

İran da son illərdə kosmik texnologiya biliyini əldə edərək kosmik peyklərin texnologiyasına malik 9 ölkə sırasında yer ala bilmişdir. 

Teqlər