Xərçəng xəstəliyi Fransa xalqı arasında birinci ölüm amilidir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i294643-xərçəng_xəstəliyi_fransa_xalqı_arasında_birinci_ölüm_amilidir
Xərçəng xəstəliyi dünyada ikinci, Fransa xalqı arasında isə birinci ölüm amilidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 05, 2018 16:51 Asia/Baku
  • Xərçəng xəstəliyi Fransa xalqı arasında birinci ölüm amilidir
    Xərçəng xəstəliyi Fransa xalqı arasında birinci ölüm amilidir

Xərçəng xəstəliyi dünyada ikinci, Fransa xalqı arasında isə birinci ölüm amilidir.

Frans-24 telekanalının məlumatına görə, ötən il Fransada xərçəng xəstəliyinə tutulma üzrə 400 min yeni hal qeydə alınıb.

Fransalı onkoloq professor Fabian Kalov xərçəng xəstəliyi ilə ümumdünya mübarizə günü münasibətilə deyib: Xərçəng xəstəliyinə tutulanların sayının artması davam etməkdədir. Bu irəliləyişin sürəti çox yuxarıdır. Hazırda kişilər arasında xərçəng xəstəliyinə tutulma miqdarı qadınlar arasındakı göstəricidən azacıq çoxdur. Eyni zamanda, qadınlar arasında ağ ciyər xərçəngi xəstəliyinə tutulanların sayı artıbdır.