Mart 05, 2018 21:42 Asia/Baku
  • Tehranda Luvr muzeyi
    Tehranda Luvr muzeyi

Luvr muzeyindən 50 ekspanat " Dünya sivilizasiyalarının təntənəsi" adı altında Tehranda İran Milli Muzeyinin məkanında numayiş etdirilib.

Fransa xarici işlər nazirinin Tehrana səfəri ilə eyni zamanda Fransanın Milli muzey kompleksindən bəzi ekspanatlardan ibarət bir sərgi İranın Milli Muzeyində nümayiş etdirilib. 

İranın Milli Muzeyinin rəhbəri Cəbrayıl Nokəndə  deyib: Tehrana gətirilən ekspanatlar Luvr Muzeyinin əsas zallarında saxlanılan əsərlərdir. Bu əsərlərin ən başçıcası Firon Hakur dövrü ilə əlaqədar Bazalt daşından hazırlanmış Əbül-Hol heykəlidir. Bu əsər qədim Misirə aiddir və Luvrun Suli zalından gətirilib. 

Luvr muzeyi Tehranda adlı sərgi İranda muzeyçiliyin beynəlxalq standartlara uyğun olduğunu və burada təhlükəsizlik standartlarına riayət edildiyini göstərir. 

Luvr muzeyinin rəhbəri Jan Luk Martinzx deyib: Luvr muzeyi ilə İran Milli Muzeyi arasında nümunəvi əməkdaşlığın nəticəsi olan bu sərgi Luvr muzeyi ilə İranın Mədəni İrs Təşkilatı arasında İran İslam Respublikası prezidenti Həsən Ruhaninin 2016-cı il Parisə səfəri zamanında imzalanmış müqavilə çərçivəsində baş tutur. Bu tədbir iki ölkə arasında mədəni və elmi əlaqələrin intensivliyini göstərən önəmli nümunədir. 

Fransanın Luvr muzeyinin Orta şərq üzrə rəhbəri: Fransada insanlar Qacar tarixini öyrənməyə meyillidirlər bu istiqamətdə mart ayının 27-də Luvr Lans muzeyində " Qızıl güllər imperiyası, 19-cu əsr İran sənətinin şah əsərləri" adı altında sərgi keçiriləcək və bu çox önəmli hadisə hesab olunur. 

Fransalı müxbir : Bir jurnalist olaraq hər yerə getmək istəyirəm amma İranı əməlli-başlı gəzib dolanmışam. Bura gördüklərimiz və eşitdiklərimizdən çox ötəyidir. İran zəngin tarix və sivilazisyaya malikdir və bu gün Luvr muzeyinin ekspanatlarının burada nümayiş etdirilməsi əlaqələr üçün müsbət hadisədir. 

Muzeyşunas : Asiyanın qərbində, Avropada və şimali Afrikada qədim sivilizasiyalar o sıradan Şumer, Aşur, Hiti, Misir, Yunan və Roma sivilizasiyaları eləcə də Avropa sənətkarlarının Ujen De Lakrua və Kami Kuronun rəsm və daş basma əsərləri Tehranda Milli Muzeydə nümayiş etdirilməkdədir. 

Teqlər