Kükürd dioksid çirkləndiricisinə nəzarət metodu ixtira olundu
-
Kükürd dioksid çirkləndiricisinə nəzarət metodu ixtira olundu
İysiz və boğucu qazın istifadə oluna biləcək sənaye məhsuluna çevrilməsi. Kükürd dioksid bəzi zavodların istehsal etdiyi hava çirkləndiriciləridir. İranın gənc tələbələrinin yaradıcılığı və səyi nəticəsində elmi metodla bu qazın faydalarından istifadə olunur.
Çirklilik metallurgiya, neft-qaz sənayesində böyük problemlərdən biridir və hər il çoxlu xəsarətlərə səbəb olur. Əmir Kəbir və Tərbiyət-Müdərris Universitetlərinin Kimya İnstitutu yenilərdə tədqiqatçıları yeni metodla bu problemi həll etməyin yolunu tapıblar.
Tərbiyət Müdərris Universitetinin kimya mühəndisliyi üzrə doktorantura tələbəsi Seyid İbrahim Musəvi deyib: Əvvəllər kükürd dioksid çirkləndiricilərinin aradan qaldırılması üçün olan metodun böyük problemi vardı. Səbəbi də bu idi ki, onlar cazibə ilə dioksidi cəzb edirdilər. bu da prosesin sonunda çoxlu miqdarda tullantının yaranmasına gətirib çıxarırdı. Çoxlu miqdarda tullantını düzgün şəkildə basdırmaq üçün çoxlu xərclər yaradırdı. Həm də eko sistemdə çoxlu problemlər yarada bilərdi. Bizim tətbiq etdiyimiz yeni metodda kükürd dioksidi məhv etmək yerinə müxtəlif sənayedə istifadə oluna biləcək bir məhsula çevirdik.
Əmir Kəbir Universitetinin kimya üzrə doktorantura tələbəsi Məsudxani deyib: Bizim əsas məhsulumuz xalis kükürddür. Onun kənarında karbon dioksid də istehsal olunur.
Bu layihə Nano Komitəsinin ən önəmli elmi işindən biri olaraq seçilmişdir.
Əmir Kəbir Universitetinin kimya üzrə doktorantura tələbəsi Məsud Xani deyib: Bu məhsul metal çıxarma mədənləri, neftayırma zavodları, bərpa olunmayacaq enerji istehsal edən elektrik stansiyaları, kükürd yanacağına ehtiyaclı olan hər bir sənaye obyektində istifadə oluna bilər.
2 magistratura işi, bir doktorantura işi, və bir çox İSİ məqaləsi bu tədqiqatçıların 7 illik işinin nəticəsidir.
Əmir Kəbir Universitetinin kimya üzrə doktorantura tələbəsi Məsud Xani deyib: Fikrimcə, 2017-ci ilin sonuna qədər təxminən 470-480 ton kükürd ixrac etmişik. Proses elə bir şəkildədir ki, kiçik mədən çıxarma obyekti ildə təxminən 200-250 min ton kükürd istehsal edir. Yəni biz ildə ixracatımızı 50% artıra bilərik. Digər tərəfdən biz həmin kiçik obyekt üçün gündəlik 280 ton su istehsal edə bilərik. Bu isə 1400 nəfərin su istehlakı ola bilər. Deməli bir çirkləndiricini cəzb etmək yerinə, bir metoddan istifadə edə bilərik ki, həm faydalı olsun, həm də suyu təmin edə bilərik.
Bu layihə İran Mis Sənayesi Şirkətinin Mis Sərçeşmə Zavodunun maliyyə dəstəyi ilə həyata keçirilib.
Tərbiyət Müdərris Universitetinin kimya mühəndisliyi üzrə doktorantura tələbəsi Seyid İbrahim Musəvi deyib: Layihənin bütün mərhələləri, o cümlədən katalizator, reaktorlar və başqa vasitələrin istehsalını, bu vasitələrin hamısının nəzərdə tutulan məqsədləri əldə etdiyinə və son mərhələdə olduğunu nəzərə aldıqda, gələn bir neçə ay ərzində bu layihəni müxtəlif obyektlər üçün icra etmək olar.