Stolüstü tennisin dünya turnerində İran qızıl medal qazanıb
Mart 24, 2018 05:33 Asia/Baku
İran gəncləri üzrə Stolüstü tennis komandasının üzvü Əmin Əhəmədian Tunisdə keçirilən dünya turnerinin qızıl medalını qazanıb.
İRNA-nın verdiyi məlumata görə bu turnerin davamında gənclər üzrə oğlanların fərdi finalında Əmin Əhmədian Hindistandan olan şah Manuş ilə rəqabətə 4-2 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
Bu yarışlarda İran komandası Əmin Əhmədian, Əmir Rza Əbbasi və Məhşid Əştəridən ibarət olub. İran komanda olaraq bir və fərdi olaraq bir qızıl medal eləcə də bir fərdi bürünc medalla bu yarışlardakı fəaliyyətini yükunlaşdırıb.
Fərdi rəqabətlərdə Əmin Əhmədian qızıl və Əmir Rza Əbbasi bürünc medal əldə ediblər və komanda olaraq da Əhmədian və Əbbasidən ibarət komanda qızıl medal əldə edib.
Teqlər