köklük siqaretdən daha təhlükəli ola bilər
Britaniyanın xərçəng araşdırma mərkəzi qarşısı alına bilən xərçənglərin yaranma amilləri arasında ikinci yerdə köklüyün durduğunu bildirib.
Yeni araşdırmaların nəticələrinə görə, yaşam tərzində dəyişiklik etməklə həftədə 2500 xərçəng xəstəliyinin yaranması ilə nəticələnən xərçəng növünün 40 fazinin qarşısını almaq mümkündür.
Bu araşdırmalara görə, siqaret çəkmək qarşısı alına bilən xərçəng növlərinin ilk amilidir və köklük çox az fərqlə ikinci yerdə durur.
Araşdırmalar göstərir ki, yaxın zamanlarda köklük, siqaret amilini ötüb-keçəcək və birinci amilə çevriləcək.
Britaniyanın xərçəng araşdırma mərkəzi xərçəng xətəliyinin səbəblərinin, siqaret, çəkinin həddindən artıq artması, günəşin ultra bənövşeyi şüalarından qorunmamaq, meyvə və tərvəzdən lazımı istifadə etməmək və havanın çirkliyi olduğunu bildirir.