İranlı karateçi Amerikada keçirilən yarışlarda qızıl medal qazanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i300510-İranlı_karateçi_amerikada_keçirilən_yarışlarda_qızıl_medal_qazanıb
İran İslam Respublikasının milli karate komandasının üzvü Amerikada keçirilən beynəlxalq yarışlarda qızıl medal əldə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 02, 2018 09:59 Asia/Baku
  • İranlı karateçi Amerikada keçirilən yarışlarda qızıl medal qazanıb

İran İslam Respublikasının milli karate komandasının üzvü Amerikada keçirilən beynəlxalq yarışlarda qızıl medal əldə edib.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, iranlı karateçi Səid Əhmədi Amerikada keçirilən "US Open" karate  yarışlarında bütün rəqibləri üzərində qələbə çalaraq, 75 kq çəki dərəcəsində qızıl medalın sahibi olub.

Əhmədi yarışların final mərhələsində ABŞ yığmasının kapitanı Tom Skatı 2-1 hesabı ilə məğlub edib.

İranlı karateçi daha öncə finala yüksəlmək üçün Panama, Ekvador, Amerika və Çilidən olan rəqiblərini məğlub etmişdi.

Amerikada keçirilən "US Open" beynəlxalq karate yarışları bu qitədə keçirilən ən etibarlı turnament hesab olunur və bu ilki yarışlarda mindən çox idmançı iştirak edib.