"Sank Peterburq Mürəqqəsi" YUNESKO-da qeydə alınıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i300898-sank_peterburq_mürəqqəsi_yunesko_da_qeydə_alınıb
Rusiyanın sank peterburq şəhərində İran miniatürü və əlyazmaları toplusu olan "Sank Peterburq Mürəqqəsi"nin YUNESKO tərəfindən qeydə alınması mərasimi keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 05, 2018 13:39 Asia/Baku

Rusiyanın sank peterburq şəhərində İran miniatürü və əlyazmaları toplusu olan "Sank Peterburq Mürəqqəsi"nin YUNESKO tərəfindən qeydə alınması mərasimi keçirilib.

İRİB-nin verdiyi məlumata görə "Sank Peterburq Mürəqqəsi"nin YUNESKO tərəfindən qeydə alınması mərasimi iranşünaslar, əlyzama və miniatür mütəxəssislərinin habelə, İranın Rusiyadakı səfirliyinin mədəniyyət attaşesi Rza Məlikinin iştirakı ilə keçirilib. 

YUNESKO-nun Dünya Yaddaşı Proqramı Komitəsinin sədri Andrey Artisof indiyə kimi 13 əsərin YUNESKO-nun Dünya Yaddaşında qeydə alındığını deyərək, əlavə edib: Bu əsərlər arasında ilk İslam-İran əsəri "Sank Peterburq Mürəqqəsi"dir. 

"Sank Peterburq Mürəqqəsi" Monqol və İsfahan məktəblərinə aid 94 miniatürvə Səfəvilər dövrünə aid əlyazmaları nümunələrindən ibarətdir. 

"Sank Peterburq Mürəqqəsi"nin özəlliyi onun ilkin və orijinal formasının qorunub saxlanılmasıdır. Dünyada həcm və keyfiyyət baxımından "Sank Peterburq Mürəqqəsi" ilə müqayisə edilə biləcək sadəcə 2 mürəqqə mövcuddur. 

"Mürəqqə" miniatür əsərlərin və əlyazma nümunələrinin albom şəklində bir-birinə birləşdirilməsi ilə əldə edilən dəyərli əsərlər toplusuna deyilir.